Əsas Səhifə > Dünya > İran prezidentindən Avropa ölkələrinə çağırış...

İran prezidentindən Avropa ölkələrinə çağırış...


7-09-2015, 10:14
İran prezidentindən Avropa ölkələrinə çağırış...
İran prezidenti Hassan Rohani deyir ki, dünya, özəlliklə də Avropa ölkələri sərhədlərinə çatmış miqrantlara daha çox kömək etməyə “humanitar və tarixi baxımdan borcludurlar”.

“Şadıq ki, bəzi Avropa ölkələri didərgin mühacirləri xilas etmək üçün müsbət addımlar atıblar. Ümid edirik ki, Avropa Birliyinin digər ölkələri də bu işə qoşulacaqlar”. Rohani-nin dedikləri sentyabrın 6-da vebsaytında yerləşdirilib.

Macarıstanın yeni səfiri Janos Kuac ilə Tehranda görüşü zamanı Rohani deyib ki, İran regionda digər ölkələrdən daha çox mühacir qəbul edib.

Sentyabrın 5-də Macarıstan axır ki, Avstriya ilə sərhədini açıb. Macarıstanın baş naziri Viktor Orban deyib ki, ölkəsi müsəlman miqrantları istəmir. O, Avropaya xristian mənsubiyyəti itirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Geri qayıt