Əsas Səhifə > Dünya > Putin Çində yaponlar üzərində qələbənin dadını çıxaracaq...

Putin Çində yaponlar üzərində qələbənin dadını çıxaracaq...


27-08-2015, 10:23
Putin Çində yaponlar üzərində qələbənin dadını çıxaracaq...
Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-3-də Çinə gedəcək. Səfər onun çinli həmkarı Xi Jinping-in dəvətilə həyata keçirilir. Məlumatı avqustun 26-da Rusiya prezidentinin mətbuat xidməti yayıb.

Putin Çinin Yaponiya üzərində qələbəsinin və 2-ci Dünya Müharibəsində qələbənin 70-ci ildönümü mərasimlərində iştirak edəcək.

İki lider enerji və digər məsələləri müzakirə edəcək, 20-dən çox ikitərəfli sənədlər imzalayacaqlar. Bəzi razılaşmalar bu ilin mayında və iyulunda əldə olunub.

Putin Pekində digər ölkələrin liderləri ilə də görüşlər keçirəcək.

Geri qayıt