Əsas Səhifə > Dünya > ABŞ dəniz piyadaları Bolqarıstana çatıb

ABŞ dəniz piyadaları Bolqarıstana çatıb


26-08-2015, 09:21
ABŞ dəniz piyadaları Bolqarıstana çatıb
ABŞ dəniz piyadaları tanklar, artilleriya və yüngül silahlı kəşfiyyat maşınları ilə Bolqarıstana çatıb.

ABŞ Dəniz Qüvvələri avqustun 25-də bildirib ki, tank və artilleriyanı 160 dəniz piyadası müşayiət edib. Texnika Bolqarıstanın şərqində böyük hərbi baza olan Novo Selo Təlim poliqonuna gedir.

Qara Dəniz Rotasiya Qüvvəsinin bir hissəsi olan bu hərbçilər ilkin olaraq altı aylıq rotasiya keçəcəklər.

Bu qüvvə yerdəyişməsinin ABŞ və NATO-nun Avropanın şərqində əminlik yaratma məqsədi daşıdığı bildirir. Şərqi Avropa ölkələri Rusiyanın son addımlarından gərginlik içindədir.

Geri qayıt