Əsas Səhifə > Dünya > ABŞ Avropaya qırıcılar yerləşdirəcək

ABŞ Avropaya qırıcılar yerləşdirəcək


25-08-2015, 09:38
ABŞ Avropaya qırıcılar yerləşdirəcək
Birləşmiş Ştatlar tezliklə Avropaya F-22 qırıcıları göndərəcək. Məqsəd NATO-nun Şərqi Avropadan olan üzvlərinə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı dəstək göstərməkdir. Məlumatı Hava Qüvvələrinin katibi Deborah James verib.

Bu, F-22-nin Avropaya ilk yerləşməsi olacaq. Daha öncə qırıcılar ancaq hava şoularında iştirak edib.


Hava qüvvələri F-22 vasitəsilə İslam Dövləti silahlı qruplaşmasının bəzi ərazilərinə hücumlar həyata keçirməkdədir.

“Rusiyanın Ukraynada hərbi fəaliyyəti bizə və Avropadakı müttəfiqlərimizə böyük narahatlıq yaradır,” James Pentaqonda mətbuat konfransında deyib.

Geri qayıt