Əsas Səhifə > Dünya > PKK-da 600-dən çox qız bu iş üçün yetişdirilir

PKK-da 600-dən çox qız bu iş üçün yetişdirilir


25-08-2015, 09:27
PKK-da 600-dən çox qız bu iş üçün yetişdirilir
Türkiyə terrorçularla mübarizə apardığı bir vaxta ölkə daxilində olan PKK terror qruplaşmasına mənsub olan silahlıların sayı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, hazırda Türkiyə ərazisində təxminən 2 min terrorçunun olduğu bildirlir. Xaricdəki üzvlərin sayı isə 9 mindən çoxdur.

PKK terror təşkilatı ilə əldə olunan razılaşmaya əsasən qruplaşma üzvləri ölkəni tərk etməli idi. Silahlıların ölkədən çıxışı bir müddət davam etsə də, 2013-cü ilin sentyabr ayından etibarən qruplaşma üzvləri hissə- hissə Türkiyə ərazisinə daxil olmağa başlayıblar.

Bundan başqa terrorçuların daha bir taktikası ortaya çıxıb. Onlar şəhərlərdə törədilən terror aktlarının əksəriyyətində qruplaşmanın İran və İraqdan olan xarici üzvlərindən istifadə edirlər.

Ələ keçirilən PKK üzvlərinin sözlərinə görə, onlar xarici üzvlərini şəhərlərdə həyata keçirilən kamikadze hücumları üçün hazırlayırlar.

Bundan başqa əldə olunan məlumata görə qruplaşma ''Ölümsüz Apoçu Fədailər Taboru'' yaradıblar.

Bu taborun üzvülərinin hamısının qadın olduğu bildirilir. 600-dən çox üzvü olan qrup kamikadze hücumları üçün yetişdirilir.

Fədailər Taboruna daxil olan üzvlərinin heç biri polis tərəfindən axtarışda deyil və onlar Türkiyə ərazisinə rahat şəkildə daxil ola bilərlər. Qrup üzvüləri hazırda Şimali İraqda Türkiyə ərazisinə daxil olmaq üçün hazır vəziyyətdə liderlərinin əmrlərini gözləyirlər.

Türkiyə təhlükəsizilik qüvvələri isə havadan və qurudan PKK silahlılarına qarşi keçirdiyi əməliyyatlarda terrorçuların hədəflərini bombalamaqda davam edir.

Geri qayıt