Əsas Səhifə > Dünya > Ukrayna prezidenti Berlinə gedib...

Ukrayna prezidenti Berlinə gedib...


24-08-2015, 09:51
Ukrayna prezidenti Berlinə gedib...
Ukrayna prezidenti Petro Poroshenko avqustun 24-də Berlində Fransa və Almaniya liderləri ilə görüşərək Ukraynanın şərqində zorakılığın güclənməsini müzakirə edəcək. Poroshenko Fransa prezidenti Francois Hollande və Almaniya kansleri Angela Merkel ilə Minsk atəşkəs sazişinin icrasını götür-qoy edəcəklər. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Ukraynanın şərqində zorakılığın artması atəşkəs sazişinə kölgə salıb. Saziş rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında imzalanıb.

Ukrayna və Rusiya Mariupol liman şəhərində atışmalara görə bir-birini ittiham edir.

Ötən ilin aprelindən Ukraynanın şərqində atışmalarda 6400-dən çox insan həlak olub.

Geri qayıt