Əsas Səhifə > Dünya, Güney Press > Yaponiyada bir gecədə 2 partlayış

Yaponiyada bir gecədə 2 partlayış


24-08-2015, 09:44
Yaponiyada bir gecədə 2 partlayış
Yaponiyada bu gecə partayışlarla yadda qalıb.

ABŞ – a məxsus hərbi bazada baş verən partlayışdan bir neçə saat sonra daha bir güclü partlayış Yaponiyanın paytaxtı Tokio şəhərinin “Xaneda” aeroportu yaxınlığında yerləşən poladtökmə zavodunda baş verib.

ANS PRESS –in xarici mətbuata istinadla verdiyi məlumatına görə, hadisənin təfərrüatları hələlik məlum deyil. Müəssisə “Nippon Steel” Yaponiya poladtökmə şirkətinin mülkiyyətidir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur. "Xaneda" hava limanı Yaponiyanın ikinci ən böyük hava limanıdır.

Bundan əvvəl Yaponiyada ABŞ –a məxsus hərbi bazada güclü partlayış baş vermişdi.

Hadisə Yaponiyanın Saqamixara şəhərində ABŞ-a məxsus hərbi bazada baş verib. Partlayış hərbi bazanın texniki təchizat anbarlarından birində olub.

Yanğın tez bir zamanda söndürülüb.

Geri qayıt