Əsas Səhifə > Dünya > Təyyarə qəzasında ölənlər Usama bin Ladenin ailə üzvləri imiş

Təyyarə qəzasında ölənlər Usama bin Ladenin ailə üzvləri imiş


1-08-2015, 11:14
Təyyarə qəzasında ölənlər Usama bin Ladenin ailə üzvləri imiş
İngiltərədə təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin "Əl Qaidə"nin öldürülmüş lideri Usama bin Ladenin ailə üzvləri olduğu məlum olub.

“Daily Mail”in yazdığına görə, bu barədə bin Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına deyiblər.

Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.

Xatırladaq ki, İngiltərənin Hempşir qraflığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Kiçik həcmli “Embraer Phenom 300” tipli mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Nəticədə pilot və təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.

Geri qayıt