Əsas Səhifə > Dünya > İnanırıq ki, bu nüvə silahı əldə edilməsinə mane olacaq

İnanırıq ki, bu nüvə silahı əldə edilməsinə mane olacaq


23-07-2015, 09:48
İnanırıq ki, bu nüvə silahı əldə edilməsinə mane olacaq
"İnanırıq ki, İranla əldə olunan razılaşma bu ölkənin nüvə silahı əldə etməsinə mane olacaq və regionda tərəfdaşlarımız üçün daha təhlükəsiz mühit yaratmış olacaq". Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Vyana razılaşması ilə əlaqədar belə bir açıqlama verib. Kerri qeyd edib ki, razılaşma nəinki regionda, eyni zamanda, bütün dünyada daha təhlükəsiz həyat deməkdir.

Kerri Konqresin Nümayəndələr palatası ilə görüşdən öncə belə deyib.

“Bu günü gözləyirdik. Çünki biz razılaşmanın mahiyyəti barədə danışmalı, siyasətdən faktlara keçməliyik. Ona görə, Nümayəndələr Palatasının istənilən sualına cavab verməyə hazırıq”.

Nümayəndələr Palatası bir müddət əvvəl Vyanada əldə olunan razılaşmanı qəbul etmədiyini bildirir. Spiker Con Beyner razılaşmanın icra olunmaması üçün Konqresin əlindən gələni edəcəyini bildirib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama isə, Nümayəndələr Palatasının razılaşmaya mane olan istənilən qanun layihəsinə qarşı veto qoyacağını açıqlamışdı.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə razılaşmadan sonra vətəninə qayıdarkən açıqlama verib və bu razılaşmanın uğurlu olacağına inandığını deyib. "Elm və texnologiya sayəsində inkişaf etdirdiyimiz ən təkmil vasitələrin və alimlərimizin köməyi ilə, eləcə də ən yaxşı dünya texnologiyalarını tətbiq etməklə, kommersiyalaşdırılmış uran zənginləşdirmə sahəsində irəli gedəcəyik. Eyni zamanda, xalqımıza qarşı təzyiqedici sanksiyalar aradan qaldırılacaq”.

İranın nüvə proqramı ilə bağlı razılaşmanın imzalanması İsrailin baş naziri Benyamin Netanyahunu da hiddətləndirmişdi. İsrail rəsmisi bunu "tarixi səhv" adlandırıb.

Geri qayıt