Əsas Səhifə > Dünya > İŞİD terrorçuları Palmira şəhərinin tarixi hissəsini minalayıb

İŞİD terrorçuları Palmira şəhərinin tarixi hissəsini minalayıb


22-06-2015, 11:15
İŞİD terrorçuları Palmira şəhərinin tarixi hissəsini minalayıb
İŞİD terror qruplaşmasının silahlıları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhərinin qədim hissəsini minalayıblar. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Syrian Observatory for Human Rights hüquq müdafiəsi təşkilatının rəhbəri Rami Əbdülrəhman (Rami Abdulrahman) bildirib.

“Partlayıcı qurğular ötən gün (20 iyun) quraşdırılıb. Biz əvvəlki kimi bunun səbəblərini bilmirik”.

SOHR rəhbərinin sözlərinə görə, terrorçular bu yolla ya tarixi abidələri məhv etməyə hazırlaşır, ya da hökumət qüvvəllərinin şəhərə girməsinin qarşısını almaq istəyir.

Qeyd edək ki, qədim qalıqları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhəri İŞİD silahlılarının nəzarətinə mayın ortalarında keçib. Şəhəri tərk etməzdən əvvəl Suriya ordusu əhalinin böyük hissəsini, 11 minədək hərbi və siyasi cinayətkarı, habelə qiymətli tarixi eksponatları şəhərdən təxliyə edib.

Bununla belə 600 nəfərin hələ də İŞİD-çilərin girovluğunda olduğu deyilir.

İŞİD silahlıları münaqişə başlayandan bu vaxtadək Suriyanın mədəni irsinin 750-dək obyektini dağıdıb. 2015-ci ilin mart ayında terroorçular Nimrud şəhərinin (Şimali İraq) qədim qalıqlarını buldozerlə məhv ediblər, 2014-cü ildə isə Mosulda çoxlu abidələr məhv edilmiş, yerli kitabxanada minlərlə tarixi kitab yandırılmışdı.

Geri qayıt