Əsas Səhifə > Dünya > Amerika mediası iddia edir ki, İŞİD-lə bağlı mühüm faktları bilirlər

Amerika mediası iddia edir ki, İŞİD-lə bağlı mühüm faktları bilirlər


9-06-2015, 10:49
Amerika mediası iddia edir ki, İŞİD-lə bağlı mühüm faktları bilirlər
ABŞ xüsusi xidmət orqanları İŞİD-in strukturu haqqında geniş informasiyaya sahib olub.

Axar.az xəbər verir ki, bu barə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb.

Qəzetin məlumatına görə, ələ keçirilən materiallarda İŞİD liderləri, onların maliyyə əməliyyatları və gizli məqsədləri haqqında informasiyalar yer alıb:

“Bu məlumatlar Suriyada aparılan əməliyyatlar zamanı ələ keçən noutbukdan götürülüb. Əldə olunan informarsiyalar İŞİD mövqelərinə dəqiq zərbələr endirməyə və onların lideri Əbu Hamidi öldürməyə yardım edib. Xüsusi xidmət orqanlarının iddiasına görə, bu informasiyalar 7 terabayt həcmindədir. Bunlar İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin necə gizlənməsinə aydınlıq gətirir. İŞİD məlumatların ötürülməsini öz qadınları vasitəsilə həyata keçirir. Beləliklə, informasiyanın elektron kəşfiyyatın əlinə keçməsinə maneə yaranır”.

Geri qayıt