Əsas Səhifə > Dünya > UNICEF: İraq üçün 500 milyon dollar istəniləcək

UNICEF: İraq üçün 500 milyon dollar istəniləcək


1-06-2015, 09:47
UNICEF: İraq üçün 500 milyon dollar istəniləcək
BMT-nin uşaq agentliyi, UNICEF bildirir ki, İraqda İslam Dövləti silahlı qruplaşmasının yaratdığı böhranın həlli üçün 500 milyon dolların (454 milyon avro) toplanmasına başlanacaq.

Bu elan Beynəlxalq Uşaq günündə verilib. Bir gün sonra Parisdə ABŞ-ın rəhbərlik etdiyi koalisiya üzvlərinin görüşü gözlənir. Koalisiya İraq və Suriyada bu qruplaşma ilə mübarizə aparır.

UNICEF-in İraqdakı nümayəndəsi Philippe Heffinck iyunun 1-də yaydığı bəyanatda deyib: “İraqda humanitar durum fəlakətə yaxındır! Yardımı davam etdirmək üçün bizə əlavə mənbələr lazımdır”.

Məlumata görə, 8 milyon iraqlının humanitar yardıma ehtiyacı var. Onlardan 3 milyonu 2014-cü ildə İD-nin hücumu başlanandan evlərindən didərgin düşüb.

Geri qayıt