Əsas Səhifə > Dünya, Güney Press > Al Qaeda əməliyyatçısı amerikalıları öldürdüyünü boynuna alır

Al Qaeda əməliyyatçısı amerikalıları öldürdüyünü boynuna alır


27-05-2015, 09:44
Al Qaeda əməliyyatçısı amerikalıları öldürdüyünü boynuna alır
Al Qaeda-nın İraq və Əfqanıstanda ABŞ qüvvələrinə qarşı döyüşmüş “yüksək səviyyəli” əməliyyatçısı mayın 26-da etiraf edib ki, okeanın o tayında amerikalıları qətlə yetirib.

40 yaşlı Saddiq al-Abbadi xaricdə ABŞ vətəndaşlarının qətli, eləcə də xarici terrorçu təşkilata maddi dəstək göstərmək niyyətini boynuna alıb. Proses Nyu Yorkda, Brooklyn federal məhkəməsində keçirilib.

Al-Abbadi məhkəmədə deyib ki, “mən və başqaları al Qaeda-ya maddi dəstək verməyə razılaşmışdıq”. Ona ömürlük həbs kəsilə bilər.

Hökmün sentyabrın 25-də oxunacağı gözlənir.

İttihamnaməyə görə, al-Abbadi 2003-2007-ci illərdə İraqda ABŞ hərbi qüvvələrinə qarşı vuruşub.

Geri qayıt