Əsas Səhifə > Dünya > ABŞ-ın İŞİD-ə qarşı strategiyası yoxdur

ABŞ-ın İŞİD-ə qarşı strategiyası yoxdur


26-05-2015, 09:50
ABŞ-ın İŞİD-ə qarşı strategiyası yoxdur
Amerika Birləşmiş Ştatlarının İŞİD qruplaşmasına qarşı döyüş strategiyası tənqid hədəfindədir. Həm ölkə daxilində, həm də xaricdən mübarizə strategiyasında boşluqların olduğuna dair çoxsaylı fikirlər səsləndirilir. ABŞ Senatı tərkibində Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn hökumətin İŞİD-ə qarşı xaotik şəkildə mübarizə apardığını deyib.

Con Makkeyn: “Strategiya yoxdur. Kimsə, bunun əksini iddia edirsə, onu dinləməyə hazıram. Hazırda İŞİD-in Palmira şəhərində dəhşətli zorakılıqlar törətdiyini eşidirik. Onlar insanları edam edir, meyitlərini küçələrdə tərk edirlər. Bununla yanaşı, prezident ən böyük düşmənin iqlim dəyişikliyi olduğunu deyir”.

Amerika hökumətinin İŞİD-ə qarşı mübarizə İranın da təndiq hədəfinə tuş gəlib. İran hərbi qüvvələrinin komandiri general mayor Qəssəm Süleymani bildirib ki, anti-İŞİD koalisiyası mücahidlərə qarşı mübarizədə uğurlu nəticə göstərmirlər. Onun sözlərinə görə, İŞİD-ə qarşı real döyüş meydanında mübarizə aparan isə, təkcə İrandır.

Amerika hərbi qüvvələri həftəsonundan etibarən İraq və Suriyada İŞİD silahlılarının 40-a yaxın mövqeyini bombalayıb. Lakin aviazərbələrin təsirliliyi sual altındadır.

Bir qədər əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter isə, İŞİD-ə qarşı mübarizədə İraq hərbi qüvvələrinin iradəsizlik göstərdiyini demiş, rəsmi Bağdadın bu mövqeyini təndiq etmişdi.

Geri qayıt