Əsas Səhifə > Dünya > İran S-300 raketlərini gözləyir

İran S-300 raketlərini gözləyir


26-05-2015, 08:47
İran S-300 raketlərini gözləyir
Rusiyadan S-300 raketləri tezliklə İrana çatdırılacaq. Bunu İranın xarici işlər nazirinin müavini Hossein Amir-Abdollahian mayın 25-də deyib.

“Məsələ üzrə danışıqlar uğurla bitib. Fikrimcə, S-300 sisteminin çatdırılması tezliklə baş tutacaq,” o, Moskvada rusiyalı həmkarı Mikhail Bogdanov-la görüşdən sonra deyib.

Rusiya Xarici İşlər Nazirliyi bəyanatı təsdiqləməyib. Tehran ilkin olaraq bu müasir yer-hava tipli raketlərin çatdırılmasını ilin sonuna gözləyirdi. BMT 2010-cu ildə satışı qadağan edib, ancaq apreldə Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb.

İsrail bu hərəkəti pisləyib. Vaşinqton da narahatdır ki, İran asanlıqla Yaxın Şərqdə əməliyyat aparan təyyarələri vura bilər. Rusiya təkid edir ki, nüvə danışıqlarında irəliləyiş raket satışına yol açıb.

Geri qayıt