Əsas Səhifə > Dünya > Səudiyyədəki terrorun arxasından İŞİD çıxdı

Səudiyyədəki terrorun arxasından İŞİD çıxdı


23-05-2015, 10:04
Səudiyyədəki terrorun arxasından İŞİD çıxdı
İŞİD terror təşkilatı ötən gün Səudiyyənin əl-Qətif əyalətinin Əl-Qdih rayonunda "İmam Əli" məscidində törədilən terror aktının məsuliyyətini üzərinə götürüb.

SalamNews-ın "əl-Cəzirə" telekanalına istinadla verdyi xəbərə görə, İŞİD terror təşkilatı 21 nəfərin şəhid olması ilə nəticələnən hücumu həyata keçirən kamikadzenın adını da açıqlayıb.

Terrorçü təşkilat üzərinə bomba bağlayaraq məscidin içində partlayış törədən şəxsin Əbu-Amir ən-Nəcdi olduğunu bildirib

Bildirək ki, Səudiyyənin Daxili İşlər naziri ötən gün "İmam Əli" məscidinə törədilən hücumda 21 nəfərin öldüyünü və 102 nəfərin yaralandığını bəyan edib.

Səudiyyənin baş müftisi Əbdül-Əziz bin Abdullah Ali-Şeyx bu hücumu təhlükəli cinayət adlandırıb.

İranın xarici işlər nazirliyi də hücumu kəskin şəkildə pisləyib.

Qeyd edək ki, ötən gün bu hücumdan sonra Qətifin əl-Qdih bölgəsi etiraz aksiyalarının şahidi olub.

Səudiyyədəki terrorun arxasından İŞİD çıxdı
Səudiyyədəki terrorun arxasından İŞİD çıxdı

Geri qayıt