Əsas Səhifə > Dünya > Gizli saziş açıldı: Səudiyyə nüvə silahı alır

Gizli saziş açıldı: Səudiyyə nüvə silahı alır


20-05-2015, 08:57
Gizli saziş açıldı: Səudiyyə nüvə silahı alır
Pakistan Səudiyyə Ərəbistanına nüvə silahı satmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” qəzeti yazıb. Qəzet İranın nüvə silahı əldə edəcəyi halda Səudiyyə Ərəbistanının da Pakistandan nüvə silahı ala biləcəyini iddia edib.

Adını açıqlamayan ABŞ rəsmisi isə Britaniyanın “Sandey Tayms” qəzetinə iki ölkə arasında gizli sazişin olduğunu deyib:

“Səudiyyəlilər üçün vaxt gəlib çatdı. Səudiyyə rəhbərliyi ilə Pakistan arasında uzun müddətdir ki, imzalanmış razılaşma var idi”. ABŞ rəsmilərinin sözlərinə görə, hələlik Pakistan Səudiyyəyə nüvə başlıqlı raketlərini verməyib.

Geri qayıt