Əsas Səhifə > Dünya > Nepalda baş verən yeni zəlzələdə ölənlərin sayı 40 nəfəri ötüb

Nepalda baş verən yeni zəlzələdə ölənlərin sayı 40 nəfəri ötüb


12-05-2015, 16:58
Nepalda baş verən yeni zəlzələdə ölənlərin sayı 40 nəfəri ötüb
Mayın 12-də Nepalda baş verən yeni zəlzələdə ölənlərin sayı 41 nəfərə çatıb.

Rəsmilər isə azı 36 nəfərin öldüyünü, 1000 nəfərinsə yaralandığını deyirlər.

ABŞ geoloji xidmətinin məlumatına görə, bu dəfə yeraltı təkanların gücü 7,4 olub.

Paytaxt Katmanduda təşvişə düşən insanlar küçələrə axışıb.

Həmçinin qonşu Hindistanda azı 4, Tibetdə isə1 nəfərin öldüyü xəbər verilir.

Zəlzələnin mərkəzi Çin sərhəddinin yaxınlığında, paytaxt Katmandu ilə Everst dağının arasında qeydə alınıb.

Bundan əvvəl-aprelin 25-də Nepalda baş verən zəlzələdə 8 mindən çox adam ölüb, 17 mindən çox adam isə yaralanıb.

Həmin vaxt yeraltı təkanların gücü 7,9 bal idi.

Geri qayıt