Əsas Səhifə > Dünya > Avstriya məhkəməsi ukraynalı oliqarxın ekstradisiyasından imtina edir

Avstriya məhkəməsi ukraynalı oliqarxın ekstradisiyasından imtina edir


1-05-2015, 08:17
Avstriya məhkəməsi ukraynalı oliqarxın ekstradisiyasından imtina edir
Avstriya məhkəməsi ukraynalı milyarder və sənayeçi Dmytro Firtash-ın korrupsiya ittihamları ilə mühakiməsi üçün ekstradisiyasına dair ABŞ-ın xahişini rədd edib. Firtash aprelin 30-da keçirilən məhkəmə iclasında rüşvətxorluq və çirkli pul yuma ittihamlarını rədd edib. O, Vyanada keçirilən məhkəmədə deyib ki, Hindistanın hökumət rəsmilərinə rüşvət vermək planı barədə iddialar “tamamilə həqiqətə uyğun deyil”.

2013-cı ildə ABŞ böyük andlılar məhkəməsi Firtash-ı, Hindistan parlamentinin bir üzvünü və daha 4 nəfəri Hindistan hökumət rəsmilərinə rüşvət verməkdə şübhəli sayıb. İddiaya görə, rüşvət verməkdə məqsəd titan tərkibli məhsulların hazırlanması üçün minerallara çıxış əldə etmək olub.

49 yaşlı Firtash bir il öncə Vyanada ABŞ rəsmilərinin xahişi ilə saxlanıb. 2014-cü ilin martında 125 milyon avro (140 milyon dollar) ödəyərək zaminə buraxılıb.

Müdafiə tərəfi işin siyasi motivli olduğunu deyir. Firtash-ın qaz ticarəti və kimyəvi maddələr biznesi keçmiş Prezident Viktor Yanukovych-in dövründə çiçəklənib.

Geri qayıt