Əsas Səhifə > Dünya > Ekzit poll Nazarbayevin 97 faiz səs qazandığını göstərir

Ekzit poll Nazarbayevin 97 faiz səs qazandığını göstərir


27-04-2015, 08:57
Ekzit poll Nazarbayevin 97 faiz səs qazandığını göstərir
Qazaxıstanda ekzit poll hazırkı prezident Nursultan Nazarbaev-in 97.7 faiz səslə beşinci müddətə prezident seçildiyini göstərir. 74 yaşlı Nazarbaev 25 ildən çoxdur hakimiyyətdədir. Müxalifətə təzyiqlər və mediaya sərt nəzarəti nəzərə alanda onun beşinci müddəti asanlıqla qazanacağı gözlənirdi.

Mərkəzi Seçki Komissiyası aprelin 26-da bildirib ki, seçicilərin 95.11 faizi səsvermədə iştirak edib. Nazarbaev-in iki rəqibi elə də tanınmayıblar, hökumətyönlü fiqurlar sayılırlar və seçki rəqabəti illüziyası yaratmaq üçün seçkiyə qatılıblar.

68 yaşlı Turgun Syzdykov keçmiş vilayət rəhbəridir və Kommunist Partiyasını təmsil edir. Digər namizəd, 63 yaşlı Abelgazy Kusainov isə seçkiyə müstəqil namizəd kimi getsə də, vaxtilə bir neçə nazirlikdə vəzifə tutub və hazırda Qazaxıstan həmkarla ittifaqları federasiyasının rəhbəridir.

Geri qayıt