Əsas Səhifə > Dünya > BMT-nin baş katibi də Roma Papasından geri qalmadı...

BMT-nin baş katibi də Roma Papasından geri qalmadı...


14-04-2015, 09:13
BMT-nin baş katibi də Roma Papasından geri qalmadı...
BMT rəhbəri 100 il əvvəl Osmanlı İmperiyası dövründə ermənilərin kütləvi qətlini “ağır cinayət” sayır. Bunu aprelin 13-də jurnalistlərə BMT-nin baş katibi Ban Ki-moon-un sözçüsü Stephane Dujarric deyib. Onun sözlərinə görə, Ban “1915-ci ildə baş verənlərin adlandırılması ilə bağlı həssaslıqdan tam xəbərdardır”.

Öncə Roma papası Francis həmin hadisəni “20-ci əsrin ilk soyqırımı” adlandırıb.

Francis-in çıxışından bir neçə saat sonra Ankara Vatikandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu Twitter-də yazıb ki, papanın bəyanatı “hüquqi və tarixi reallıqdan uzaqdır” və “qəbul edilə bilməz”.

Geri qayıt