Əsas Səhifə > Dünya > İraq qüvvələri Ənbərdə İŞİD-ə qarşı yeni hücum planı cızıb

İraq qüvvələri Ənbərdə İŞİD-ə qarşı yeni hücum planı cızıb


9-04-2015, 08:56
İraq qüvvələri Ənbərdə İŞİD-ə qarşı yeni hücum planı cızıb

İraqın baş naziri Haidar al-Abadi aprelin 8-də deyib ki, ölkə “növbəti savaşda” qərbdəki Ənbər vilayətini geri almağa çalışır. Ənbər əsasən İslam Dövləti (İD) silahlı qruplaşmasının nəzarəti altındadır.

“Tikritdə olduğu kimi, Ənbərdə də qalib gələcəyik,” Abadi facebook səhifəsində yazıb. Ötən həftə İraq qüvvələri strateji Tikrit şəhərini azad ediblər.

Abadi aprelin 8-də əsasən sünni rayonu olan Ənbərə baş çəkib. İraq qüvvələri buradakı İD silahlılarına qarşı yeni hücuma başlayıblar.

Ordu rəsmiləri İD-nin Fəllucədən və Ramadi-nin şərqindəki Sijariyadan çıxarıldığını bəyan edib.

Geri qayıt