Əsas Səhifə > Dünya > Slavyan savaşı davam edir: 6 Ukrayna əsgəri öldürülüb

Slavyan savaşı davam edir: 6 Ukrayna əsgəri öldürülüb


6-04-2015, 08:26
Slavyan savaşı davam edir: 6 Ukrayna əsgəri öldürülüb
Aprelin 5-də Ukraynanın şərqində 6 əsgər öldürülüb. Hərbçilər iki insidentdə həlak olub.

Daxili İşlər Nazirliyi bildirir ki, separatçıların nəzarətində olan Donetskdən 170 kilometr şimal-şərqdə Schastye şəhərində körpü üzərində hərbi maşın vurulub. Nazirlik rusiyapərəst separatçıların atəş açdığını bildirir, ancaq bu məlumatı müstəqil təsdiqləmək mümkün olmayıb, separatçılar isə təkzib edib.

Maşındakı 4 əsgər həlak olub. Onlar Xarkovdan gəlirmişlər.

Digər əsgərlər isə Avdiyivka şəhəri yaxınlığında minaya düşüb.

Geri qayıt