Əsas Səhifə > Dünya > ABŞ-ın yeni səfiri Ermənistana inqilab mesajı verdi

ABŞ-ın yeni səfiri Ermənistana inqilab mesajı verdi


4-04-2015, 10:03
ABŞ-ın yeni səfiri Ermənistana inqilab mesajı verdi
“Amerika səfiri Ermənistana mesaj verib”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib:

O, Vaşinqtonun İrəvandan əlavə istəklərinin olduğunu bildirib:

“Birmənalı olaraq Amerika səfirinin bu bəyanatını siyasi mesaj kimi qiymətləndirmək olar. Qondarma soyqırım yubileyi ərəfəsində söylənilən bu fikir bir tərəfdən də Ermənistan rəhbərliyinin Ağ Evin qarşısında "soyqırımı" tanımaq tələblərini neytrallaşdırmaq məqsədi də daşıya bilər. Yəni Ermənistanla ticarət əlaqələrində Amerika birinci yer tutmur, bu ölkənin qarşısında bu cür tələblər irəli sürmək nə dərəcədə məqsədəuyğundur?”

Qeyd edək ki, dünən ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz çıxış edərək, ABŞ-ın Ermənistanın beşinci ticarət ortağı olduğunu demişdi. O, bunu ümidverici adlandıraraq, amerikalıların birinci olmaq istədiyini və istədikləri zaman irəliyə addım ata biləcəklərini söyləmişdi.

Geri qayıt