Əsas Səhifə > Dünya > Partizanlar separatçıların hərbi texnikasını məhv etdi

Partizanlar separatçıların hərbi texnikasını məhv etdi


19-03-2015, 11:50
Partizanlar separatçıların hərbi texnikasını məhv etdi
Ukraynanın “Teni” partizan dəstəsi Donetskdə separatçılara məxsus hərbi maşın karvanını və iki zenit qurğusunu məhv edib.

Axar.az xəbər verir ki, bu barədə dəstənin komandiri Aleksandr Qladkiy özünün Feysbuk səhifəsində məlumat yayıb.

“Martın 18-də “Teni” partizan dəstəsi Donetskdə düşmənin hərbi texnikası və canlı qüvvəsinə sarsıdıcı zərbə endirib. Partizanlar 4 benzindaşıyan maşın və mərmilərlə dolu olan 18 “Ural” məhv ediblər. “KamAZ”ların dəqiq sayı məlum deyil, ancaq onlar daha çox idi”, - Qladkiy bildirib.

Geri qayıt