Əsas Səhifə > Dünya > Rusiya Ukraynada yeni hərbi əməliyyatlara hazırlaşır

Rusiya Ukraynada yeni hərbi əməliyyatlara hazırlaşır


18-03-2015, 10:28
Rusiya Ukraynada yeni hərbi əməliyyatlara hazırlaşır
Separatçılar atəşkəsdən istifadə edərək özlərinin döyüş potensialını genişləndirməkdə davam edir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Tımçuk özünün Feysbuk səhifəsində məlumat verib.

“Rusiya aktiv şəkildə Ukraynada yeni hərbi əməliyyatların aparılması məqsədilə separatçı respublikaların maddi-texniki resurslarını artırır və konfliktin daha da genişlənməsi üçün faktiki resurs bazası yaradır. Xüsusilə Avdeyevkadakı piyada qrupu atəş dəstəyi vermək üçün tank tağımı ilə gücləndirilib. Şirokino rayonunda da separatçılar 8 tank və 13 zirehli döyüş maşınları yerləşdirib”, - Tımçuk bildirib.

Geri qayıt