Əsas Səhifə > Dünya, Güney Press > Bəşər Əsəd rəqiblərini qısnayıb...

Bəşər Əsəd rəqiblərini qısnayıb...


17-03-2015, 10:18
Bəşər Əsəd rəqiblərini qısnayıb...
Suriya ordusunun qırıcı təyyarələri və helikopterləri ötən gün ölkənin müxtəlif əyalətlərində silahlıların mövqelərinə 130-dan çox hava zərbəsi endirib.

SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, hava zərbələri nəticəsində ölən və yaralananlar arasında mülki şəxslər də var.

Məlumata əsasən, Dəməşqətrafı, İdlib və Dəra əyalətləri hava zərbələrinin daha çox endirildiyi yerlərdir. Həma və əl-Qunaytara əyalətlərindəki silahlılar da hava hücumlarına məruz qalıblar.

Ölkənin şimal-şərqində yerləşən Həsəkə əyalətinin Rəsul-Eyn şəhəri ərazisində müttəfiq qüvvələr "İslam Dövləti" (İŞİD) terror təşkilatının mövqeyinə hava zərbələri endirib. Burada Terror təşkilatının 15 üzvü məhv edilib.

Bildirək ki, hazırda Suriyada İŞİD-ə qarşı həlledici döyüşlər məhz bu bölgədə, hökumət ordusu ilə digər silahlı qruplaşmaların həlledici döyüşləri isə Dəra-Qunaytara-Dəməşqətrafı üçbucağında gedir.


Geri qayıt