Əsas Səhifə > Dünya > İŞİD Azərbaycan şəhərindən geri çəkilmək zorundadır

İŞİD Azərbaycan şəhərindən geri çəkilmək zorundadır


10-03-2015, 09:14
İŞİD Azərbaycan şəhərindən geri çəkilmək zorundadır
İraqın şimalındakı Kərkük şəhərində İslam Dövləti (İD) qruplaşması yaraqlılarının kürd döyüşçülər tərəfindən geri oturdulması xəbərləri gəlir.

Martın 9-da regionun təhlükəsizlik şurası bəyanatında bildirib ki, kürd qüvvələri Kərkükün cənubunda və qərbində 100 kvadrat kilometr ərazini İD-dən alıb və 100 yaraqlını öldürüb.

Kərkükün valisi Najmaldin Karimsaid deyib ki, hücumun məqsədi yaraqlıların ötən yaydan bəri tutduğu neftlə zəngin Kərkükü ələ keçirməkdir.

General mayor Omar Saleh Hassan Reuters agentliyinə debildirib ki, yaraqlılar cüzi müqavimət göstərib. İD Kərkükdən 110 km cənubqərdə yerləşən Tikriti də əlində saxlamağa çalışır

Tikritin şimalında, al-Alam şəhərinə nəzarəti ələ keçirmək üçün İraq təhlükəsizlik qüvvələri və şiə yaraqlıları daha bir hücuma başlayıb.

Geri qayıt