Əsas Səhifə > Dünya, Güney Press > “İranla yaxşı saziş alınmasa, ABŞ danışıqlardan çıxacaq”

“İranla yaxşı saziş alınmasa, ABŞ danışıqlardan çıxacaq”


9-03-2015, 09:53
“İranla yaxşı saziş alınmasa, ABŞ danışıqlardan çıxacaq”
Prezident Barack Obama deyir ki, Tehranla qəbuledilən saziş əldə olunmasa, Birləşmiş Ştatlar nüvə danışıqlarından çıxacaq.

Obama bunu martın 8-də televiziya müsahibəsində deyib. Onun sözlərinə görə, istənilən saziş Qərb dövlətlərinə imkan verməlidir ki, Tehranın atom silahlı əldə etməyə çalışmamasını yoxlasın.

“Onlar aldatsalar belə, bizim hərəkətə keçmək üçün kifayət qədər vaxtımız olacaq,” Obama deyib.

Tərəflər martın sonunadək nüvə sazişi imzalamalıdır. Ancaq böyük fikir ayrılıqları qalmaqdadır. Danışıqların növbəti raundu martın 15-nə planlaşdırılır.

İran nüvə proqramının dinc məqsədli olduğunu, yalnız enerji istehsalı üçün istifadə edildiyini deyir.

Geri qayıt