Əsas Səhifə > Dünya > Avropa Moskvadan xilası Azərbaycanda görür

Avropa Moskvadan xilası Azərbaycanda görür


16-02-2015, 08:54
Avropa Moskvadan xilası Azərbaycanda görür
Ukrayna konflikti Avropa enerji birliyinin yaradılması vaxtını tezləşdirib.

ANS PRESS-in məlumatına görə, bu sözləri bazar günü Avropa Komissiyası sədrinin müavini Maroş Şefçoviç bildirib.

AB artıq hər yay gələn qış üçün enerji təchizatı necə olacağından narahat qalmaqdan bezib- deyə "Tass" agentliyi slovak diplomatın sözlərindən sitat gətirir. Çox güman ki, Avropa şurası yeni birliyin layihəsini martda təsdiqləyəcək - deyə siyasətçi əlavə edib. Onun sözlərinə görə təsdiqdən sonra plan hazırlanacaq və vahid enerji siyasətinin prioritetləri müəyyənləşəcək.

Avropa Komissiyasının vitse-prezidenti Avropa Birliyinə enerji təchizatının alternativi kimi Azərbaycanın nəzərdə tutulduğunu deyib. O əlavə edib ki, artıq “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasına başlanılıb.

“Bu bizə qazın yeni nəhəng təchizatını qarant altına alan yeganə layihədir. Söhbət həm də dəyəri 45 milyard avro qiymətləndirilən tikinti layihəsinin həyata keçirilməsindən gedir”- deyə Şefçoviç bildirib.

Diplomat Azərbaycan qaz təchizatının avropalı istehlakçılara çatmasını 2019-cu il üçün mümkün sayır.

Geri qayıt