Əsas Səhifə > Dünya > Amerika səfiri Yəməni tərk edirsə, demək daha bir müsəlman ölkəsini qarışdıracaqlar

Amerika səfiri Yəməni tərk edirsə, demək daha bir müsəlman ölkəsini qarışdıracaqlar


11-02-2015, 09:25
Amerika səfiri Yəməni tərk edirsə, demək daha bir müsəlman ölkəsini qarışdıracaqlar
ABŞ Dövlət Departamenti fevralın 11-də Yəməndəki səfirliyin bağlandığını təsdiqləyib. Qeyd edək ki, Yəmən paytaxtını şiə yaraqlı qrupunu ələ keçirib.

Fevralın 10-da ABŞ rəsmiləri bildirib ki, vəziyyət düzələnədək paytaxt Sanaada ABŞ missiyasını fəaliyyətini dayandırır.

Britaniya, Fransa və Almaniya səfirlikləri də yerli əməkdaşlara iki aylıq ödənişli məzuniyyət verdiyini bildirib.

Sentyabrda Huti yaraqlıları Sanaanı, ötən ay isə prezident sarayını tutub. Prezident Abd-Rabbu Mansour Hadi və hökuməti istefa verib.

Fevralın 6-da yaraqlılar parlamenti buraxıb, keçid məclisi və hökuməti formalaşdırıb. Huti lideri Abdel Malek al-Huthi deyib ki, çevriliş "məsuliyyət daşıyır" və "siyasi boşluğu" doldurur.

Geri qayıt