Əsas Səhifə > Dünya > Merkel Putinlə aparılan danışıqların uğuruna şübhə edir

Merkel Putinlə aparılan danışıqların uğuruna şübhə edir


7-02-2015, 17:51
Merkel Putinlə aparılan danışıqların uğuruna şübhə edir
Almaniya kansleri Angela Merkel fevralın 6-da Moskvada Ukraynadakı münaqişənin həlli yönündə aparılan danışıqların səmərə verəcəyinə əmin deyil.

«Hərçənd mənim və Fransa prezidentinin fikrincə, bu danışıqları aparmağa dəyərdi. Ən azı, bu bizim Ukraynadakı münaqişədən əziyyət çəkən insanlar qarşısında borcumuz idi»- Merkel Münhen Təhlükəsizlik Konfransında deyib.

Ukrayna prezidenti isə Münhendə bəyan edib ki, Almaniya və Fransa liderlərinin təklifləri səmərə verə bilər.

Fransa, Almaniya və Ruisya münaqişənin həlli ilə bağlı mümkün sənəd üzərində işlədiklərini, onun bu gün tamamlanacağını bəyan eidblər. ​

Geri qayıt