Əsas Səhifə > Dünya, Güney Press > Rusiya vətənə xəyanətdə şübhəli bildiyi qadını buraxır

Rusiya vətənə xəyanətdə şübhəli bildiyi qadını buraxır


4-02-2015, 08:45
Rusiya vətənə xəyanətdə şübhəli bildiyi qadını buraxır
Rusiyada vətənə xəyanətdə şübhəli bilinən qadın Moskva həbsxanasından buraxılıb. Svetlana Davydova-nın vəkili Sergei Badamshin fevralın 3-də deyib ki, Davydova Lefortovo həbsxanasından buraxılıb, ancaq onun Vyazma şəhərindəki evindən çıxmaması əmr olunub.

Davydova-nın Rusiya əsgərlərinin hərəkəti barədə Ukrayna səfirliyinə məlumat verdiyi iddia olunur. O, yanvarın 21-də saxlanıb.

Məhkəmənin vaxtı bilinmir. Məhkəmə Davydova-nın martın 19-dək həbsdə qalmasına qərar vermişdi.

Vətənə xəyanəti sübuta yetirilsə, Davydova-nı 20 ilədək həbs gözləyir.

Geri qayıt