Əsas Səhifə > Dünya > Krımdan Xəzərə qədər ərazidə hərbi təlimlər başladı

Krımdan Xəzərə qədər ərazidə hərbi təlimlər başladı


3-02-2015, 09:56
Krımdan Xəzərə qədər ərazidə hərbi təlimlər başladı
Rusiya Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji hissələri irimiqyaslı təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Təlimlər Cənub Hərbi Dairəsinin 7 poliqonunda – Volqoqrad, Stavropol, Krasnodar vilayətlərində, Krım Respublikasında, Şimali Osetiya, Alaniya və Ermənistanda keçiriləcək.

Təlimlərə 1700 nəfərlik şəxsi heyət, 350 xüsusi hərbi texnika cəlb olunacaq.

Bundan başqa təlimlərə Qara dəniz və Xəzər dənizi donanmaları, 4-cü Hərbi Hava və Hava Hücumundan Müdafiə komandanlığı da qoşulacaq.

Geri qayıt