Əsas Səhifə > Dünya > Tarasov: "Türkiyə Rusiyaya "hə" deməyib, Qərbi gözləyir"

Tarasov: "Türkiyə Rusiyaya "hə" deməyib, Qərbi gözləyir"


2-02-2015, 08:50
Tarasov: "Türkiyə Rusiyaya "hə" deməyib, Qərbi gözləyir"
"Türkiyə hələ "Türk axını" ilə bağlı qərarını verməyib".

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

"Türkiyə Baş naziri Əhməd Davudoğlu Davosda çıxışı zamanı "Cənub axını" kəmərinin yönləndirilməsi təklifini qəbul etdiklərini dedi. Bu isə təklifə "hə" demək deyil. Türkiyə bu təklifə qədər Brüsseldən birliyə üzvlüklə bağlı cavab gözləyirdi, ancaq gözlənilən cavabı almadı", - deyə Tarasov vurğulayıb.

Tarasov Qərbin Türkiyənin Avropa Birliyinə daxil olmasına müsbət yanaşmadığını qeyd edib:

"Qərbdə Türkiyənin birliyə üzv olmasına Avropanın sonu kimi baxırlar. Ərdoğan da Avropaya xəbərdarlıq edərək bildirdi ki, Türkiyə birliyə qəbul edilməlidir, yoxsa öz yolu ilə gedəcək".

Geri qayıt