Əsas Səhifə > Dünya > İŞİD iordaniyalı pilotu öldürəcəyi ilə hədələyir

İŞİD iordaniyalı pilotu öldürəcəyi ilə hədələyir


29-01-2015, 09:30
İŞİD iordaniyalı pilotu öldürəcəyi ilə hədələyir
İslam Dövləti (İD) silahlı qruplaşması yanvarın 28-də axşam saatlarında yeni səsyazısı yayıb. Audionu yapon girov Kenji Goto-nun səslənirdiyi iddia olunur. İD bir iraqlının buraxılmasını tələb edir.

Bu arada İordaniya İD-ə əsirləri dəyişdirmək təklif edib. Məqsəd iordaniyalı pilotu xilas etməkdir. Yaraqlılar onu da yapon girov Goto ilə birlikdə edam edəcəklərini deyiblər.

İngiliscə olan audioda deyilir ki, iordaniyalılar yanvarın 29-da gün batanadək iraqlını Türkiyə sərhədinə gətirməsələr, iordaniyalı pilot öldürüləcək.

Yaponiya hökumət səsyazısını analiz etdiyini bildirir.

Yanvarın 28-də pilotun atası İordaniya kralı ilə görüşüb və dediyinə görə, kral onu "hər şeyin yaxşı olacağına" inandırıb.

Geri qayıt