Əsas Səhifə > Dünya > Ukraynanın daha bir şəhəri işğal təhlükəsi ilə üz-üzə qalıb

Ukraynanın daha bir şəhəri işğal təhlükəsi ilə üz-üzə qalıb


26-01-2015, 08:39
Ukraynanın daha bir şəhəri işğal təhlükəsi ilə üz-üzə qalıb
"Mariupol azad olunacaq, lakin Kiyev hakimiyyətinin metodları ilə yox".

ANS PRESS-in məlumatına görə, bu sözləri qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko deyib.

“Biz heyvan deyilik və həmyerlilərimizi özümüzə sipər etmirik.Biz Kiyev kimi müharibə aparmırıq. Orada bizim həmyerlilərimiz yaşayır. Orada da Donbasdan insanlar yaşayır. Biz şəhərə hücumu Kiyevin Donetskə hücum etdiyi kimi etməyəcəyik. Həmyerlilərimiz heç nədən qorxmasın. Onlar yadımızdadır. Hər bir halda şəhər azad olunacaq. Lakin bu qətiyyən Kiyev hakimiyyətinin etdiyi kimi baş verməyəcək”- deyə Zaxarçenko bildirib.

Qeyd edək ki, Ukrayna ölkənin şərqində gedən döyüşlərin ən qanlı həftəsini yaşayıb. Təəsüf ki, bu həftə ordu qüvvələrindən ayrı, dinc əhalidən də çox sayda ölən və yaralananlar olub.

Dinc əhaliyə qarşı edilən təxribatyönlü hücumlarda hər iki tərəf bir-birini ittiham edir.


Geri qayıt