Əsas Səhifə > Dünya > Paris hücumunda əli olan şəxsi Bolqarıstan polisi saxlanıldı

Paris hücumunda əli olan şəxsi Bolqarıstan polisi saxlanıldı


14-01-2015, 09:24
Paris hücumunda əli olan şəxsi Bolqarıstan polisi saxlanıldı
Bolqarıstanın Xaskovo şəhərində Fransanın paytaxtı Parisdə törədilən terror aktında əli olduğu bilinən şəxs saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Bolqarıstan polisi şübəhlini Türkiyəyə keçmək istəyən zamanı həbs edib.

29 yaşlı Yoahim Fritz-Coli adlı şəxs Fransa vətəndaşıdır. Bolqar məhkəməsinin onun ölkəsinə ekstradisiya olunmasına dair qərar qəbul edəcəyi gözlənilir.

Şübhəli şəxs, eyni zamanda, 3 yaşlı oğlunu oğurlayaraq ölkə xaricinə çıxarmaqda ittiham olunur. Şübhəlinin “Charlie Ebdo” jurnalına hücum edən Şərif Kuaşi ilə əlaqəda olmasına dair iddialar da ortaya atılıb.

Fransa polisi bir qədər əvvəl terror aktları zamanı istifadə olunan silahların xarici ölkədən gətirildiyini bəyan etmişdi.

Geri qayıt