Əsas Səhifə > Dünya > "Belarus ilə Rusiyanın NATO-ya müqavimət göstərmək üçün vahid hərbi qrupu var"

"Belarus ilə Rusiyanın NATO-ya müqavimət göstərmək üçün vahid hərbi qrupu var"


20-12-2014, 10:47
"Belarus ilə Rusiyanın NATO-ya müqavimət göstərmək üçün vahid hərbi qrupu var"
“Ukraynaya qarşı rus təhlükəsi Belarus ərazisindən reallaşacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Belarus jurnaslisti Natalya Radina çıxış edib.

O, artıq rus əsgərləri arasında müharibəyə hazırlıq haqqında söz-söhbətin dolaşdığını bildirib:

“Belarus faktiki olaraq Putin üçün hərbi platformadır. Artıq Belarusda bəzi hərbi hissələrdə hazırlıqlar başlayıb. Bu, xüsusilə sərhədyanı ərazilərə aiddir. Lukaşenkoya ümid etmək gərək deyil. Bəllidir ki, Putin əmr versə, belarus diktator dərhal ona tabe olacaq. Həmçinin Lukaşenko az bəyan etməyib ki, Belarus ilə Rusiyanın NATO-ya müqavimət göstərmək üçün vahid hərbi qrupu var. Lukaşenkonun onsuz da Moskvanı müdafiə etməkdən başqa yolu yoxdur. Hətta o, Konstitusiyanı pozdu və ruslarla havadan müdafiə sistemləri yaratdı. Belarusa rus texnikası girməməli idi”.

Geri qayıt