Əsas Səhifə > Dünya, Güney Press > Avstraliyada girovlar İŞİD terrorçularının əlindən belə qaçdı

Avstraliyada girovlar İŞİD terrorçularının əlindən belə qaçdı


15-12-2014, 11:46
Avstraliyada girovlar İŞİD terrorçularının əlindən belə qaçdı
FaktXəbər-in verdiyi məlumata görə, Avstraliya televiziyası Sidneydə İşidçilər tərəfindən kafedə əsir götürülmüş girovlardan 3-nün necə qaçdığı barədə kadrlar yayımlanır.

İki kişi şüşə qapıdan, daha biri isə yanğın çıxışındanqaça biliblər.

KİV-lərin məlumatına görə, qaçanlardan biri kafenin işçisi, digər 2-si müştərilər olub.

Onların azad olma şəraiti barədə məlumat verilmir.

Xatırladaq ki, bir qrup silahlı şəxs Sidneyin mərkəzində «Lindt» kafesini ələ keçirərək, içərisindən olan onlarla insanı girov saxlayıblar. Onlar Avstraliyanın baş naziri Toni Ebbotu tələb ediblər, əks təqdirdə kafeni partladacaqları ilə hədələyiblər.

Ebbotun özü artıq Milli Təhlükəsizlik Komitəsinin fövqəladə iclasını çağırıb.

Girovlar əllərində İŞİD bayrağını vitrinə tutan şəkildə dlayanıblar.



Geri qayıt