Əsas Səhifə > Dünya > Türkiyənin cənubunda fırtına səbəbindən dəniz reysləri ləğv olunub

Türkiyənin cənubunda fırtına səbəbindən dəniz reysləri ləğv olunub


10-12-2014, 11:36
Türkiyənin cənubunda fırtına səbəbindən dəniz reysləri ləğv olunub
Türkiyənin cənubunda yerləşən Mersin vilayətində Livana və Şimali Kipr Türk Respublikasına dəniz reysləri ləğv olunub. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb Aralıq dənizindəki fırtına olub.

Əsasən dekabrın 10-na planlaşdırılan reyslər ləğv olunub. Onların hansı günlərə keçirilməsi barədə məlumat verilmir.

Geri qayıt