Əsas Səhifə > Dünya > Amerika hətta İranın İŞİD-ə qarşı aviahücumlarını belə qısqanır

Amerika hətta İranın İŞİD-ə qarşı aviahücumlarını belə qısqanır


3-12-2014, 09:50
Amerika hətta İranın İŞİD-ə qarşı aviahücumlarını belə qısqanır
Pentaqon bildirir ki, İran İraqın şərqində İslam Dövləti (İD, əvvəlki adı- İŞİD) yaraqlı qrupuna hava zərbələri endirib. İstefada olan admiral John Kirby dekabrın 2-də Qərb xəbər agentliklərinə danışıb, deyib ki, həmin zərbələr ABŞ qüvvələri ilə koordinasiya olunmayıb.

Onun sözlərinə görə, ABŞ inanır ki, Tehran birinci dəfədir İran daxilindən İraqdakı hədəflərə hava zərbəsi endirir.

Bir neçə gün öncə məlumatlar yayılmışdı ki, İran qırıcıları İraqın Diyala vilayətində İD yaraqlılarını hədəfə alıb.

Kirby-nin fikrincə, hava məkanında müxtəlif ölkələrin hərbi uçuşlarına İraq hökuməti nəzarət etməlidir.

İranın İraq qüvvələrinə İD-ə qarşı uçuşlarda yardım etdiyi bildirilir. ABŞ rəsmiləri dəfələrlə deyiblər ki, Vaşinqton İranla hərbi fəaliyyəti koordinasiya etmir.

Geri qayıt