Əsas Səhifə > Dünya > Donetsk aeroportunda atəşkəs razılığı əldə olunub

Donetsk aeroportunda atəşkəs razılığı əldə olunub


2-12-2014, 10:10
Donetsk aeroportunda atəşkəs razılığı əldə olunub
Ukrayna ordusu bildirir ki, Rusiya təmsilçiləri ilə yaraqlıların əlində olan Donetsk hava limanında müvəqqəti atəşkəs razılığı əldə olunub. Ordunun mətbuat xidməti dekabrın 1-də bildirib ki, hava limanının yaxınlığında Ukrayna və Rusiya rəsmilərinin görüşündə bu razılığa gəlinib.

Sentyabrda separatçılarla Ukrayna hakimiyyətinin atəşkəs sazişi bağlamasına baxmayaraq son vaxtlar haval limanı ətrafında döyüşlər artıb. Ukrayna dekabrın 1-də bildirib ki, son 24 saat ərzində hava limanında üç əsgəri həlak olub.

Aprelin ortasından Ukraynanın şərqindəki döyüşlərdə 4.300-dən çox adam həlak olub.

Hava limanı atəşkəsinin müddəti bəlli deyil. Hələlik separatçıların liderlərindən də reaksiya gəlməyib.

Geri qayıt