Əsas Səhifə > Dünya > İŞİD İraqda indiyədək ələ keçirdiyi ərazilərin yarısını itirib

İŞİD İraqda indiyədək ələ keçirdiyi ərazilərin yarısını itirib


27-11-2014, 10:38
İŞİD İraqda indiyədək ələ keçirdiyi ərazilərin yarısını itirib
İraq ordusu, kürdlərin “Peşmərgə” qüvvələri və yerli konüllü hərbi briqadalar beynəlxalq koalisiyanın aviazərbələrinin müşayiəti ilə “İslam Dövləti” (İŞİD) terror təşkilatının cari ilin iyul ayından indiyədək ələ keçirdiyi ərazilərin yarısını - İraqın Neynəva, Səlahəddin, Diyala, Kərkük və əl-Ənbar əyalətlərinin bir neçə bölgəsini geri alıb.

Bu barədə SalamNews İraqın "SumariaNews" agentliyinə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, hazırda Kərkükdə mühüm əməliyyatlar aparılır. Ən taleyüklü döyüşlərin isə Mosulun azad edilməsi uğrunda gedəcəyi bildirilir.

İraqda ötən sutka ərzində hərbi əməliyyatlar, döyüşlər və qarşıdurmalar ölkənin beş əyalətində qeydə alınıb. Kürdlər Mosul yaxınlığında İŞİD-ə ağır zərbə vurublar. Kərkükdə isə “Peşmərgə”nin 30 əsgərinin İŞİD-in əsirliyinə düşdüyü xəbər verilir.

Geri qayıt