Əsas Səhifə > Dünya > İngiltərə xüsusi təyinatlıları İŞİD terror təşkilatının 200 döyüşçüsünü öldürüb

İngiltərə xüsusi təyinatlıları İŞİD terror təşkilatının 200 döyüşçüsünü öldürüb


24-11-2014, 10:05
İngiltərə xüsusi təyinatlıları İŞİD terror təşkilatının 200 döyüşçüsünü öldürüb
İngiltərə xüsusi təyinatlıları İŞİD terror təşkilatının 200 döyüşçüsünü öldürüb.

ANS PRESS-in məlumatına görə, İngiltərə hərbi qüvvələri ABŞ-dan fərqli olaraq bölgədə terror təşkilatına qarşı quru əməliyyatı həyata keçirir. Əsas hədəf terrorçuların məskunlaşdığı yerləri müəyyənləşdirib vurmaqdan ibarətdir.

Daha əvvəl ABŞ və ingilis girovların edamında günahlandırılan "cihadçı Con" ləqəbli döyüşçünün yerini müəyyənləşdirən İngiltərə hərbi qüvvələri bölgədə əməliyyatlar aparır.

İngilis Hava Qüvvələrinə aid pilotsuz təyyarələri isə bölgədəki İŞİD hədəflərinin koordinatlarını komandolara çatdırır. Bölgədəki gizli bazalardan yerləşən komandolar daha sonra vertolyotlarla hədəf bölgəsinə aparılır. Hədəfə yaxın bir nöqtədə buraxılan komandolar, terrorçuların olduğu nöqtəyə gəlir. Daha sonra terrorçulara sürpriz hücum təşkil edilir. Hücum təşkil ediləndən sonra komandolar bölgədən ayrılır.

Hərbi qaynaqlardan bildirilir ki, komandolar bu tərz hücumlarda hər gecə təxminən 8 döyüşçü öldürür. İŞİD son bir ayda bu formada 200-dən çox üzvünü itirib.

Geri qayıt