Əsas Səhifə > Dünya > İspaniya Deputatlar Konqresi Fələstini tanımağa çağıran sənəd qəbul edib

İspaniya Deputatlar Konqresi Fələstini tanımağa çağıran sənəd qəbul edib


19-11-2014, 10:43
İspaniya Deputatlar Konqresi Fələstini tanımağa çağıran sənəd qəbul edib
İspaniya parlamentinin aşağı palatası – Deputatlar Konqresi hökuməti Fələstin Dövlətini tanımağa çağıran sənəd qəbul edib. “Media forum” saytının məlumatına görə, noyabrın 18-də yekdilliklə qəbul edilən sənədin simvolik xarakter daşıdığı, hüquqi nəticələr doğurmadığı bildirilir.

Müxalif İspaniya Sosialist Fəhlə Partiyasının hazırladığı sənədə hakim Xalq Partiyası və digər siyasi qurumlar dəstək verib, amma onların hər biri düzəlişlə çıxış edib. Hakim partiyanın sənədə etdiyi düzəlişə görə, Fələstinin tanınması İsraillə sülh danışıqlarının nəticəsi olmalıdır.

Fələstin 1988-ci il noyabrın 15-də müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 135 ölkə tanıyıb.

2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Yerusəlimdən (Qüdsdən) və İordan çayının qərb sahilindən çıxmalıdır.

Oktyabrın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib.

Oktyabrın 30-da İsveç hökuməti Fələstini dövlət kimi tanıyıb.

Fransa parlamentinin aşağı palatası – Milli Assambleya noyabrın 28-də Fələstini dövlət kimi tanımağa çağıran qətnaməni müzakirə edəcək. Sənəd hökuməti Fələstinin dövlət kimi tanımağa, İsraillə münaqişənin tam həllinə nalı olmağa çağırır.

Geri qayıt