Əsas Səhifə > Dünya > ABŞ Rusiyanı Ukraynada “ocağı körükləməməyə” çağırır

ABŞ Rusiyanı Ukraynada “ocağı körükləməməyə” çağırır


11-11-2014, 09:07
ABŞ Rusiyanı Ukraynada “ocağı körükləməməyə” çağırır
Birləşmiş Ştatlar Rusiyanı Ukraynanın şərqində rusiyayönlü separatçılara silah və digər dəstək göstərməklə “atəşi alovlandırmamağa” səsləyir. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Vaşinqton “Rusiyanın Donbas regionunda separatçılara tanklar və digər ağır texnika göndərməklə hərbi iştirakını artırmasını” pisləyir.

Bu bəyanatdan bir neçə gün öncə ATƏT bildirib ki, müşahidəçiləri Donetsk regionunda ağır texnika və tanklarının sayının artdığını görüb.

Psaki Rusiya və separatçıları 5 sentyabr tarixli atəşkəs sazişinin “kobudcasına pozmaqda” ittiham edib. O, xəbərdarlıq edib ki, Moskva “sabitsizləşdirmə və təhlükəli hərəkətləri davam etdirsə”, ödəyəcəyi bədəl də artacaq.

Moskva Ukraynaya əsgər və ya silah göndərmədiyini deyir. Lakin Psaki qeyd edib ki, Kreml Ukraynada öldürüldüyü iddia olunan rus əsgərlərinin ölüm şəraitini dövlət sirri elan edib.

Geri qayıt