Əsas Səhifə > Dünya > Rusiyadan Ukraynaya 32 tank, 16 artilleriya sistemi, 30 yük maşını keçib

Rusiyadan Ukraynaya 32 tank, 16 artilleriya sistemi, 30 yük maşını keçib


7-11-2014, 16:39
Rusiyadan Ukraynaya 32 tank, 16 artilleriya sistemi, 30 yük maşını keçib
Ukrayna ordusunun sözçüsü bildirib ki, 32 tank, ağır silahlar, əsgərlər Rusiya sərhəddindən Şərqi Ukraynaya daxil olub.

Andriy Lysenko noyabrın 7-də deyib ki, tanklarla yanaşı 16 artilleriya sistemləri və əsgərlərlə, sursatla dolu 30 yük maşını Ukraynaya olub. O bildirib ki, yük maşınlarının başqa karvanı və mobil radar stansiyaları da sərhəd məntəqsi yaxınlığında Rusiyadan Ukraynaya keçib.

Lysenko deyib ki, son 24 saatda 5 Ukrayna əsgəri və başqa döyüşçülər yaralanıb.

Geri qayıt