Əsas Səhifə > Dünya > ABŞ-da Putinin dostuna cinayət işi açdılar

ABŞ-da Putinin dostuna cinayət işi açdılar


6-11-2014, 10:59
ABŞ-da Putinin dostuna cinayət işi açdılar
Nyu-York ştanının prokurorluğu ABŞ Ədliyyə Nazirliyi ilə birlikdə Rusiya oliqarxı Gennadi Timçenkonun Gunvor group şirkətinə qarşı pulların yuyulması ittihamı üzrə cinayət işi açıb.

Virtualaz.org bildirir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

G.Timçenkonun rəhbərlik etdiyi şirkət Rusiyada korrupsiya əməlləri üçün ABŞ-ın maliyyə sistemi vasitəsi ilə külli miqdarda pul köçürülməsində şübhəli bilinir.

Prokurorluq bu şirkətin “Rostneft”dən neft məhsullarını hansı qiymətə aldığını və üçüncü şəxsə neçədən satdığını araşdırır.

“Rosneft” şirkətində isə bu barədə informasiya verməkdən imtina ediblər. Onlar G.Timçenko ilə bağlı istintaq getdiyindən xəbərsiz olduqlarını da bildiriblər.

Putinin mətbuat katibi Dmitri Peskov isə Gennadi Timçenko ilə prezident Vladimir Putin arasında hər hansı maliyyə bağlılığının olması barədə iddiaları cəfəngiyyat adlandırıb. O da belə bir istintaqdan xəbərsiz olduqlarını vurğulayıb.

Geri qayıt