Əsas Səhifə > Dünya > Rusiyanın qurduğu seçki tamaşasında erməniyə də rol verilib
Rusiyanın qurduğu seçki tamaşasında erməniyə də rol verilib3-11-2014, 10:12 |
Ukraynanın Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçıların noyabrın 2-də qurduğu seçki tamaşası başa çatıb. “Media forum” saytı xəbər verir ki, Donetsk vilayətində başçı vəzifəsinə qondarma baş nazir Aleksandr Zaxarçenko seçilib. Luqansk vilayətində isə başçı postuna rejimin indiki rəhbəri İqor Plotnitskinin seçildiyi bildirilir. Bu qondarma rejimdə başçı postuna iddiaçılardan biri də erməni qadın olub: Larisa Ayrapetyan. O, 8,36% səs toplayıb. Hər iki işğalçı rejimdə qondarma parlamentlərə də səsvermə olub. 2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100-dən çox adam ölüb. Bu il fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb. Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib. İyun ayından Ukrayna Silahlı Qüvvələri hücuma keçərək Donetsk və Luqansk vilayətlərinin bir hissəsini azad edib. Son rəsmi məlumatlara görə, separatçılarla hökumət qüvvələri arasındakı toqquşmalarda 4035 nəfər həlak olub, 930 min nəfər yurdunu tərk edib. Geri qayıt |